Modern.az

Bələdiyyə ilə kimlər maraqlanmır?

Bələdiyyə ilə kimlər maraqlanmır?

Təhsil

25 Oktyabr 2014, 15:41

Bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ölkəmizin həyatında mühüm və əhəmiyyətli bir hadisə olacaq. Ekspertlər hesab edirlər ki, seçkilərin yüksək səviyyədə keçirilməsi yerli özünüidarəetmənin konstitusiya prinsiplərinin həyata keçirilməsi üçün zəruri olan siyasi, maliyyə, iqtisadi, normativ hüquqi, təşkilati idarəetmə imkanlarının genişləndirlməsinə və təmin olunmasına zəmin yaradacaq.

Bəs bələdiyyələrin fəaliyyətində mövcud olan bir sıra nöqsanların aradan qaldırılmasına, onların strukturlarının möhkəmləndirilməsi üçün hansı addımlar atılmalıdır? Onların fəaliyyətinə dövlət nəzarətinin artırılmasına, bələdiyyə və dövlət hakimiyyət orqanlarının qarşılıqlı fəaliyyət mexanizmləri sisteminin təkmilləşdirilməsi üçün hansı zəruri tədbirlərə ehtiyac var? Bu addımları müəyyənləşdirmək, bələdiyyələrin özlərinin bu haqda fikirlərini öyrənmək məqsədilə Bakının Suraxanı rayonunda və Şamaxı şəhərində bələdiyyə seçkilərinə həsr olunmuş sorğu keçirilib. Hər birində 50 nəfər olmaqla, cəmi 100 nəfəri əhatə edən sorğunun əsas məqsədi əhalinin seçki ilində bələdiyyə sisteminə olan münasibətini öyrənməkdən ibarət olub.

"Bələlədiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi tərəfindən keçirilən sorğuda iştirakçıların 48 %-i bələdiyyə problemləri ilə maraqlandıqlarını, 30%-i qismən, 22% ümumiyyətlə maraqlanmadıqlarını qeyd ediblər. Bakıda respondentlərin 38 %-i, Şamaxıda isə 32%-i bələdiyyələrin fəaliyyətindən razılıqlarını ifadə ediblər.

Ümumən rəyi sorulanların 42 %-i mövcud hüquqi-normativ aktları təkmil hesab etmirlər. Bununla yanaşı 32%-i icra strukturlarının müdaxiləsini, 28%-i gənclərin və qadınların bələdiyyə sistemində çatışmazlığını, 30%-i qanunvericilikdə olan boşluqları və 10%-i isə bələdiyyə üzvlərinin qeyri-peşəkarlığını bələdiyyələrin daha çox aktiv fəaliyyət göstərməsinə mane olan amil kimi göstəriblər.

Qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edəcəklərini deyən respondentlərin 34% bələdiyyə üzvünün təhsilli olmasını, 26%-i idarəçilik sahəsində peşəkarlığını, 28% təmsil etdiyi sahədə peşəkarlığı və ünsiyyət qurmaq bacarığı və 12 %-i fərdi keyfiyyətlərə üstünlük verəcəklərini bildiriblər

Qeyd edək ki, sorğuda respondentlərin 68 % kişi, 32%-i isə qadın olub. Sorğu QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “2014-cü il - bələdiyyə seçkilərində gənclərin və qadınların aktivliyinin artırılması məqsədi ilə hüqüqi biliklərinin aşılanması və maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində baş tutub. Layihə çərçivəsində bundan sonra adı çəkilən rayonlarda

hüquqi dərslər və dəyirmi masalar təşkil ediləcək. “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi inanır ki, mövcud problemin aradan qaldırlıması yalnız aparılmış təhlillərlə, yerlərdə hüquqi maarifləndirmə işinin sürətləndirməklə nail olmaq olar. Bununla yanaşı bu qrup insanlar arasında hüquqi dərslərin təşkili, müəyyən mövzuların ictimai müzakirəyə çıxarılması son nəticədə seçici aktivliyini artıra bilər.

Pərvin Məmmədova

p.s. Yazı “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə icra etdiyi “Bələdiyyə seçkiləri ilə bağlı bölgələrdə əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı