Ümumerməni "Hayastan" Fondu Xocavənd rayonun Müşkapat kəndində icma mərkəzi inşa edir. Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, layihənin icrasına 2010-cu ildən başlanılıb. Ən maraqlısı isə odur ki, bina Fransanın yerli orqanlarının məaliyyə hesabına tikilir.
Fransızlar tərəfindən tikilən binadan başqa, "Hayastan” Fondu daha 9 binanın tikintisini aparır.
