Modern.az

Beynəlxalq Qızıl Xaç Komitəsi azərbaycanlı girovlara baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsi azərbaycanlı girovlara baş çəkib

Təhsil

13 Mart 2015, 14:24

“Dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov Şahbaz Quliyevə baş çəkib”.

Bu barədə Modern.az-a komitənin Bakı ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O qeyd edib ki, girovlara ailələri barədə məlumatlar verilib və ailə məlumatları da onlara çatdırlıb.

“Girovlara harada baş çəkilib” sualına cavab olaraq komitə rəsmisi bildirib ki, Qızıl Xaç Komitəsi insanların saxlanma şəraiti və sağlamlıq vəziyyəti barədə informasiyaları ictimaiyyətlə bölüşmür.

Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilərin işğalçı ordusu tərəfindən 2014-cü il iyunun 29-da girov götürülüb. Ermənilərin təxribatçı adlandırdığı həmvətənlərimiz bir neçə qondarma maddə ilə ittiham olunaraq həbs edilib. Şahbaz Quliyev 22 il və Dilqəm Əsgərov ömürlük azadlıqdan məhrum ediliblər.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı