Modern.az

19 yaşlı Ağdaş sakini özünü güllələdi

19 yaşlı Ağdaş sakini özünü güllələdi

مورد توجه

25 İyul 2018, 20:24

Ağdaş rayonunda müəmmalı intihar hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Cüvəkənd kəndində qeydə alınıb.

 

Kənd sakini, 1999-cu il təvəllüdlü Babayev Əvəz Rafiq oğlu yaşadığı kənddə yerləşən gölün kənarına gedərək orada özünə ov tüfəngindən atəş açıb. Ağız və çənə nahiyəsindən güllə yarası alan Əvəz Babayev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı