Modern.az

ABŞ-ın neft ehtiyatları azalıb

ABŞ-ın neft ehtiyatları azalıb

Aktual

26 İyul 2018, 15:50

ABŞ-ın xam neft ehtiyatları yenidən azalıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında bildirilib.

Qeyd olunub ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,1 milyon barrel (1,5 faiz) azalaraq 404,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,6 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 5,8 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları da ötən hesabat həftəsində 2,3 milyon barrel (1 faiz) azalaraq 233,5 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 700 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 3,2 milyon barrel azalmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı