Yunanıstan paytaxt Afinada üç gün əvvəl çıxan meşə yanğınlarından sonra daha bir fəlakətlə üzləşib.
Modern.az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, bu dəfə də paytaxtın şimalındakı Maroussi ətrafında daşqınlar baş verib.
Ölkənin yanğınsöndürənləri indi də küçələri, ev və iş yerlərini basmış suları təmizləməyə çalışırlar.
Səlahiyyətlilər, sürücülərə bölgədən uzaq olmalarını tapşırıb. Onlar Afinanın şimalına aparan əsas yolun bağlayıblar.
Qeyd edək ki, yanğınlarda ölənlərin sayı artıq 85 nəfərə çatıb. Ölkədə üç günlük matəm elan olunub.
Əvəz ZEYNALOV