Modern.az

 “Şollerin arxivi” bədii filmi növbəti qələbəsini qazandı

 “Şollerin arxivi” bədii filmi növbəti qələbəsini qazandı

Aktual

1 Avqust 2018, 18:05

Azərbaycanda istehsal edilmiş “Şollerin arxivi” bədii filmi Kanadada keçirilən “Yes! Let’s Make a Movie Film Festival”ında 1 iyul 2018-ci il tarixində qalib laureat mükafatına layiq görülüb.


Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib.

“Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azər­baycan-Alma­niya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb və 135 festivala qəbul olunub. İlin sonuna qədər beynəlxalq festivallarda nümayiş olunacaq.

Qeyd edək ki, filmin təqdimat mərasimləri 14 iyun tarixində “NİZAMİ Kino Mərkəzi”ndə 450 tamaşaçının iştirakı ilə, 19 iyul tarixində Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin göstərişi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında, 27 iyul tarixində Şəmkir rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəmkirdəki Heydər Əliyev Mərkəzində  və 28 iyul tarixində Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağstafadakı Heydər Əliyev Mərkəzində  baş tutub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı