Yevlax rayonunda baş verən avtomobil qəzası zamanı 3 nəfər xəsarət alıb. Modern.az "Report"a istinadən Xaldan yolunda "VAZ-2107" markalı avtomobillə "VAZ-21011" markalı avtomobil toqquşub. Yol qəzası nəticəsində, Səmədov Rəvan Kəmil oğlu (1984), Mehdiyev Bəylər Ceyhun oğlu (1999) və Xalidli Rüfət Allahyar oğlu (1997) müxtəlif bədən xəsarətləri alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.