Modern.az

Polis Bakıda 24 cinayətkarı həbs etdi

Polis Bakıda 24 cinayətkarı həbs etdi

Aktual

4 Mart 2020, 10:36

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də 24 cinayətin üstü açılıb.

 

Bakı şəhər Baş Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, onlardan 11-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Soyğunçuluq üzrə 2, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 9 faktın açılması tədbirlərlə təmin olunub.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb.

 

İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı