Modern.az

Qazaxıstanda təqaüd proqramı

Qazaxıstanda təqaüd proqramı

Aktual

4 Mart 2020, 12:29

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.

 

Təqaüd proqramına iddiaçılar cari ilin 5 aprel tarixinədək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (//www.app.htp.edu.az)   müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı