Modern.az

İSESCO-nun Baş direktoru Azərbaycan prezidentini təbrik edib

İSESCO-nun Baş direktoru Azərbaycan prezidentini təbrik edib

Aktual

7 İyun 2021, 17:46

İSESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) adından Zati-alinizə və ölkənizin xalqına salamlarımızı və təbriklərimizi çatdırmaqdan böyük şərəf duyuruq.

ISESCO üzv dövlətlərin qeyd etdiyi əlamətdar günlər də daxil olmaqla, bütün işlərdə onları dəstəkləməyə daim hazırdır. Biz bu əlamətdar günü Sizinlə və xalqınızla birlikdə qeyd edirik.

Hazırda və gələcək illərdə ISESCO-nun davamlı dəstəyinə və əməkdaşlığına əmin ola bilərsiniz.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımızı qəbul edin”.

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı