Modern.az

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi istefa verdi

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi istefa verdi

مورد توجه

7 İyun 2021, 20:37

Ermənistanın xarici işlər naziri Ara Ayvazyandan sonra onun bütün müavinləri də tam tərkibdə istefa verib.

 

Modern.az "news.am"a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, nazir müavinləri keçən həftə Baş nazirin ofisinə istefa ərizələrini təqdim ediblər.

 

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan, həmçinin müavini Qagik Ğalaçyan və nazirliyin mətbuat xidmətinin rəhbəri Anna Nağdalyan mayın 27-də istefa veriblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı