Modern.az

Əfqanıstanlı məmur Azərbaycandan sığınacaq istədi 

Əfqanıstanlı məmur Azərbaycandan sığınacaq istədi 

Aktual

27 Avqust 2021, 14:43

“Bir çox insanlar ölkədən qaçmağa çalışır. Azərbaycan mənə sığınacaq verərsə, ora gələcəm, mən niyə başqa ölkəyə gedim ki? Düşünürəm ki, orada qalıb yaşaya və işləyə bilərəm”.

 

Modern.az xəbər verir ki, bu sözləri Lent.az-a Əfqanıstan xüsusi təyinatlılarının sabiq komandir müavini Hacı Abdul Barı deyib. 

 

“Mən Əfqanıstanda 20 il yüksək vəzifələrdə işləmişəm. Son hadisələrə qədər isə ağır cinayətlər üzrə xüsusi təyinatlıların komandir müavini olmuşam. “Taliban”ın hakimiyyətə gəldiyini görüb bir çox məmurlar kimi mən də Əfqanıstanı tərk etmək məcburiyyətində qaldım. Niyyətim Azərbaycana getmək idi. Lakin bunun üçün müvafiq sənədləşmə və razılıq olmalıdır. Hazırda Tacikistandayam. Burada lazımi sənədləri toplayıb Azərbaycanın Tacikistandakı səfirliyinə təqdim etmişəm. Hazırda Azərbaycandan cavab gözləyirəm”.

 

Hacı Abdul Barı Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsini ölkənin faciəsi adlandırıb: “Taliban” hakimiyətə gəlibsə bu Əfqanıstanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. İndiki “Taliban”la keçmiş “Taliban” arasında heç bir fərq yoxdur. Ötən 20 il ərzində onlarda heç nə dəyişməyib. Onlar sadəcə dünyanın etimadını qazanmaq istəyirlər”.

 

Sabiq məmur onu da qeyd edib ki, “Taliban” yalan danışır: “Onlar deyir ki, guya köhnə hökumətdə təmsil olunanlara dəyməyəcəklər. Hətta bizə bəraət verəcəklərini və birgə işləyə biləcəyimizi deyirlər. Yalan danışırlar, səmimi deyillər. Məndə olan məlumatlara görə, onlar artıq sabiq məmurların axtarışına çıxıblar”. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı