Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sevda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Modern.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Babayeva məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmənin qərarına görə, S.Babayeva özünümüdafiə edərkən bu hadisəni törədib. Ona CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsilə verilən ittihamı məhkəmə CM-in 123-cü (zəruri müdafiə həddini aşmaqda adam öldürmə) maddəsinə tövsif edib. Babayevaya bu maddə ilə 1 il 6 ay həbs cəzası kəsilib. Azərbaycanda noyabrın 8-də qəbul edilən Amnistiya Aktı şamil olunaraq, o, məhkəmə zalından azadlığa buraxılıb.