Modern.az

“AzərEnerji” və “Azərişıq” şəhərsalma mövzusunda təqdimat keçirib - FOTO

“AzərEnerji” və “Azərişıq” şəhərsalma mövzusunda təqdimat keçirib - FOTO

Aktual

Bu gün, 11:14

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan beynəlxalq sərgidə birgə iştirak edən “AzərEnerji” və “Azərişıq” ASC-lər “Elektroenergetika obyektlərinin tikintisində şəhərsalma memarlığının Azərbaycan nümunəsi” mövzusunda təqdimat keçiriblər. 

Modern.az xəbər verir ki, təqdimatda elektroenergetika sahəsində şəhərsalma və memarlıq prinsiplərinin tətbiqi, enerji infrastrukturunun inkişafında müasir yanaşmalar, eləcə də Azərbaycanda həyata keçirilən layihələrin xüsusiyyətləri barədə məlumat verilib. Enerji obyektlərinin şəhər mühitinə uyğunlaşdırılması, estetik və funksional memarlıq həlləri, ekoloji amillərin nəzərə alınması və dayanıqlı inkişaf prinsiplərinin əhəmiyyəti vurğulanıb.

Təqdimatın məqsədi Azərbaycanın bu sahədə təcrübəsinin paylaşılması və elektroenergetika infrastrukturu ilə şəhərsalma arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi olub.

“AzərEnerji” və “Azərişıq” şəhərsalma mövzusunda təqdimat keçirib - FOTO

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı