Modern.az

Belçika-Azərbaycan oyunu azarkeşsiz keçiriləcək

Belçika-Azərbaycan oyunu azarkeşsiz keçiriləcək

مورد توجه

16 Yanvar 2022, 10:00

Azərbaycan millisi futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə yanvarın 17-də səfərdə Belçika yığması ilə yoldaşlıq oyunu keçirəcək.

 


Modern.az xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq, oyun azarkeşlər üçün qapalı olacaq.

 


Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı