Ukrayna və Rusiya arasında gərginliyin artmasına görə Fransa öz vətəndaşlarını ciddi zərurət olmadığı təqdirdə bu ölkəyə getməməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Vətəndaşlarımıza Ukraynaya zəruri olmayan bütün səfərləri təxirə salmaq tövsiyə edilir”,- XİN-dən bildirilib.
Qeyd edək ki, artıq bir neçə ölkə vətəndaşlarına Ukrayna ilə bağlı müraciət edib.