Dövlət İmtahan Mərkəzi (DİM) bu gün saat 16:00-da “Facebook” səhifəsi vasitəsilə 2022-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanları ilə əlaqədar canlı yayım təşkil edəcək.
Modern.az xəbər verir ki, canlı yayımda DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva, Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə, Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektorun müdiri Aydın Qasımov imtahanlar barədə ətraflı məlumat verəcək və daxil olan sualları cavablandıracaqlar.
DİM abituriyentləri onları maraqlandıran suallar verməyə çağırıb.