Modern.az

Qara görə "Qarabağ"ın oyunu LƏĞV OLUNDU

Qara görə

Aktual

25 Yanvar 2022, 14:06

Qarabağ"ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu ləğv olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Çexiya təmsilçisinin rəsmi feysbuk hesabı məlumat yayıb.

 

Məlumata görə, buna səbəb Türkiyənin Antalya şəhərindəki Belek bölgəsinə qarın yağmasıdır.

 

Bakı vaxtı ilə saat 12:00-da start götürməli olan matç meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyib.

 

Oyunun başlama vaxtı hələlik dəqiqləşməyib.

Komanda bu gün ikinci yoxlama matçında Bakı vaxtı ilə saat 18:00-da Polşanın “Visla" (Krakov) klubu ilə qarşılaşacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı