Modern.az

Ölkədə vaksinasiya ilə bağlı SON DURUM

Ölkədə vaksinasiya ilə bağlı SON DURUM

مورد توجه

25 Yanvar 2022, 17:35

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 667 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2878, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 539 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 845 510, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 217 380, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 732 155, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 895 975 təşkil edir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı