Ukraynanın sabiq prezidenti Petro Poroşenko istintaqa çağırılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət İstintaq Bürosu Poroşenkonun yanvarın 31-də ifadə vermək üçün çağırıldığını açıqlayıb.
Dövlətə xəyanətdə ittiham olunan Poroşenko Donbasın separatçıların nəzarəti altında olan hissəsindən daş kömür alınması ilə bağlı açılan cinayət işi çərçivəsində sorğu-sual ediləcək.