Modern.az

Pekində yeni koronavirus ocağı aşkarlandı

Pekində yeni koronavirus ocağı aşkarlandı

Aktual

11 İyun 2022, 09:32

Çinin paytaxtı Pekində yeni koronavirusa yoluxma ocağı aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Pekin Səhiyyə komitəsi məlumat yayıb.

 

Bildirilib ki, son sutka ərzində 61 nəfərdə yoluxma aşkar olunub, həmin şəxslərin eyni əyləncə məkanında olduğu müəyyən edilib. Yoluxanların 25 nəfəri xəstəliyi simptomsuz keçirir.

 

Yoluxma halları ilə əlaqədar paytaxtın Çaoyan rayonunun rəhbərliyi karantin tədbirlərini sərtləşdirib, bəzi hissələrdə qapanma elan olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı