Modern.az

Yarmarkada qadınların telefonları OĞURLANDI

Yarmarkada qadınların telefonları OĞURLANDI

Aktual

16 Fevral 2023, 11:38

Bayram yarmarkasında mobil telefonlar oğurlayan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dekabrın 31-də paytaxtın Səbail rayonu ərazisində 3 qadının mobil telefonlarının oğurlanması barədə Bakı Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılıb.

 

Müəyyən olunub ki, mobil telefonlar bayram yarmarkasında insanların sıx olduğu yerdə oğurlanıb.

 

Əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Biləsuvar sakini, dəfələrlə məhkum olunmuş 24 yaşlı Ağamoğlan Abdalov saxlanılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı