Təbriz şəhərinin 850 min əhalisi zəlzələ səbəbindən təhlükə altındadır.
Modern.az xəbər verir ki, bu barədə "Irna" informasiya agentliyi şəhərin daxil olduğu İranın Şərqi Azərbaycan vilayətinin rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Təbrizdə 2 min hektar qanunsuz yaşayış məntəqəsi, 2 min 500 hektar isə səmərəsiz və köhnəlmiş tikililər mövcuddur.
Agentliyin məlumatında bildirilir ki, dünya əhalisinin 1%-i İranda olduğu halda təbii fəlakətlərin törətdiyi risklərin 6%-i bu ölkənin payına düşür.
Qeyd edək ki, dünən Təbrizdə qaz partlayışı 4 binanın çökməsinə səbəb olub, nəticədə 2 nəfər ölüb.
Akif İsmayılov