İsveçli ekofəal Qreta Tunberq Norveçin Oslo şəhərində keçirilən etiraz aksiyasında saxlanılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tunberq və digər nümayişçilər Norveçin yerli əhalisi olan saamilərin ərazisindəki maral otlaqlarında külək stansiyalarının tikintisinə qarşı çıxıblar. Fəallar etiraz əlaməti olaraq Maliyyə Nazirliyinə girişi bağlayıblar.
Aksiya yerinə gələn asayiş keşikçiləri Tunberqi saxlayıblar.