Modern.az

Qadına qarşı soyğunçuluq edən şəxs tutuldu

Qadına qarşı soyğunçuluq edən şəxs tutuldu

Aktual

2 Mart 2023, 12:38

Bərdədə qadına qarşı soyğunçuluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinə fərdi yaşayış evinə qanunsuz daxil olan şəxsin ev sahibəsinə qarşı soyğunçuluq əməli törətməsi barədə məlumat daxil olub.

 

Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Eldəniz İsayev isti izlərlə saxlanılıb.

 

O, soyğunçuluq edərək ələ keçirdiyi pulun bir qismi ilə birlikdə istintaqa təqdim olunub.

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Eldəniz İsayev barəsində Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü (soyğunçuluq) maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı