Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova teleqram kanalında məlumat yayıb.
Görüş Hindistanın paytaxtı Yeni Dehlidə baş tutub. “Sergey Lavrov Ermənistanın xarici işlər naziri ilə görüşüb və danışıqların istiqamətini müəyyən edib”, - Zaxarova bildirib.
Xatırladaq ki, Mirzoyan Hindistanda keçirilən “Risin dialoqu” konfransında iştirak edir.