Modern.az

Azərbaycanın su ehtiyatları 20% AZALACAQ

Azərbaycanın su ehtiyatları 20% AZALACAQ

Aktual

10 Mart 2023, 14:54

Azərbaycanın su ehtiyatlarının 2050-ci ilə qədər 15-20% azalacağı gözlənilir.

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.

 

"Azərbaycanın su ehtiyatlarının 70%-i ölkə xaricində formalaşır. Bu baxımdan Azərbaycan dünyada su stresi yaşayan ölkələrdəndir. Adambaşına düşən su ehtiyatlarına görə ölkəmiz 90-cı yerdədir. Cəmi su ehtiyatları üzrə hətta 140-cı yerdəyik", - deyə V. Kərimov bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı