Modern.az

Makronun bara getməsi etiraz doğurdu - VİDEO

Makronun bara getməsi etiraz doğurdu - VİDEO

Aktual

11 Mart 2023, 00:04

Martın 4-də Konqo Demokratik Respublikasına səfər edən Fransa prezidenti Emmanuel Makronun bu ölkədə bara getməsi etiraz doğurub.

 

Modern.az xəbər verir ki, Makronun barda lentə alınan görüntülərini "Le Parisien" nəşri ictimailəşdirib. 

 

Məlumata görə, Fransa prezident yerli musiqiçi Fally İpupa və rabitə naziri Patrik Muya ilə birlikdə Bandalunqva şəhərindəki bara gedib. Ölkə başçısının bu addımı tənqidlərə tuş gəlib. Fransa vətəndaşları Makronun bara getməsini pisləyərək, onunla bağlı sərt fikirlər səsləndiriblər. 

 

Konqonun şərqində döyüşlərin getdiyi bir məqamda fransız prezidentlə barda əylənən nazir Patrik Muya da tənqid atəşinə tutulub. Əməlindən peşman olan rabitə naziri  xalqdan üzr istəyib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı