Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini xanım Əminə Məhəmməd Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 21-də Azərbaycan Respublikasına səfərə gəlib.
Modern.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.