Modern.az

“44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL

“44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL

Dünya

Bu gün, 09:44

Ermənistanda 7 iyun tarixli parlament seçkiləri yaxınlaşdıaqca, siyasi vəziyyət daha da gərginləşir. Hakimiyyəti devirməyə çalışan Rusiyayönümlü müxalifət hər cəhdlə Baş nazir Nikol Paşinyanı Ermənistan ictimaiyyətinin gözündən salmağa çalışır.
Bu məsələdə “Güclü Ermənistan” blokunun lideri, iş adamı Samvel Karapetyan xüsusilə daha fəallıq edir.

Modern.az xəbər verir ki, Samvel Karapetyan “300 min azərbaycanlı” iddiasını gündəmdə saxlamağa çalşır. Belə ki, o, növbəti dəfə iddia edib ki, “Nikol Paşinyan 300 min azərbaycanlının Ermənistana qayıdışı ilə bağlı Azərbaycan qarşısında öhdəlik götürüb”.

“300 min azərbaycanlı artıq Ermənistana gəlməyə hazırlaşır, torpaq sahələri və evlər alırlar. Azərbaycanlılar bilirlər ki, onlar üçün kəndlər, məktəblər və uşaq bağçaları boşaldılır. Ölkəmiz ciddi təhlükə altındadır”, - deyə Karapetyan Ermənistan cəmiyyətinə müraciətində bildirib.

Karapetyan buna imkan verməyəcəyini vurğulayıb.

“Çox az vaxt qalıb və xalqımız öz sözünü deyəcək. Hakimiyyətə gələn kimi Azərbaycanın bu tələbini dərhal gündəlikdən çıxaracağıq. Qanunlar qəbul edib azərbaycanlıların Ermənistanda torpaq və ev almasını qadağan edəcəyik”, - deyə Karapetyan bildirib.

Samvel Karapetyan Baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycana təhvil verməkdə də ittiham edib.

Ermənistanın müdafiə naziri Suren Papikyan isə Samvel Karapetyanı cəfəng iddialara son qoymağa çağırıb.

“Kalujets (o, Samvel Karapetyanı belə adlandırıb), sənin nəslində 6 yetkin oğlan var. Niyə onlar vətən uğrunda nə ölüb, nə də yaralanıblar? Siz hansı ölkə uğrunda mübarizə aparırsınız?” - deyə Papikyan bildirib.

O əlavə edib:

“Siz heç vaxt Ermənistanın qayğısına qalmamısınız. Siz sui-qəsdçilər və alçaqlarsınız”.

Papikyan daha sonra bildirib:

“Əgər siz bu qədər vətənpərvərsinizsə, 44 günlük müharibə zamanı oğullarınızı cəbhəyə göndərərdiniz. Niyə onları analarının tumanı altında gizlədirdiniz?
Bu alçaqlar öz balalarını xaricdə və malikanələrində gizlədirdilər”, - deyə Ermənistan müdafiə naziri vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı