Modern.az

Beş yol ayrıcının işıqforu dörd gündür işləmir

Beş yol ayrıcının işıqforu dörd gündür işləmir

Ölkə

16 İyun 2010, 17:47

Dörd gündən artıqdır ki, Xətai rayonunun “Nargilə” kafesi deyilən ərazisində, beş  yolun kəsişdiyi dairədə işıqforlar işləmir. Məhz buna görə həmin ərazidə xeyli sayda avtomobil qəzası baş verib. Məsələ ondadır ki, burada işıqforlar işləməsə də, heç bir polis nəzarəti də yoxdur.

Modern.az saytının əməkdaşı bu problemin yaranma səbəbini öyrənmək üçün Bakı Şəhər Dövlət Yol  Polis İdarəsi ilə əlaqə saxlayıb. Qurumun növbətçi hissə rəisinin köməkçisi Dilbaz Nəbiyev saytımıza bildirib ki, həmin yerdə yeni radarlar quraşdırıldığından işıqforlar çalışmır: “Biz vətəndaşların təhlükəsizliyi üçün çalışırıq. Sistem yenilənir, yeni kabellər çəkilir, radarlar quraşdırılır. Bu proses həftənin axırına kimi başa çatacaq. Qəzalara gəlincə, bu  prospektdə yol qəzaları qeqdə alınmayıb”.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı