Modern.az

Ardıcıl 5 gün iş olmayacaq

Ardıcıl 5 gün iş olmayacaq

Ölkə

Bu gün, 17:00

Azərbaycanda may ayının sonunda ardıcıl beş günlük istirahət olacaq.

Modern.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 27 və 28-i Qurban bayramı münasibətilə qeyri-iş günü hesab edilir. Belə ki, 28 May isə Müstəqillik Günü qeyd olunacaq.

Qərara görə, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar olaraq, mayın 29-u da istirahət günü elan edilib. Beləliklə, 30 və 31 may tarixlərinin həftəsonuna təsadüf etməsi nəzərə alınaraq, ölkədə 27 maydan 31 maya qədər ardıcıl qeyri-iş günləri olacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı