Modern.az

Azərbaycana qar yağıb

Azərbaycana qar yağıb

Təhsil

14 Mart 2014, 22:50

Qarın ən çox düşdüyü yerlər Şamaxı rayonunun Əngəxaran, Məlhəm, Çuxuryurd, Nağaraxana, Qızmeydan və Pirquludur.

Anspress-in məlumatına görə, qar ötən gün gecə saatlarından Şamaxı rayonun demək olar ki, bütün kəndlərinə yağmağa başlayıb. Ancaq gün ərzində Bakı-Şamaxı-Ağsu magistralının ətrafına yaxın olan kəndlərdə qar ərisə də dağ kəndlərində qar hələ də tam əriməyib. Belə ki, rayonun dağlıq ərazilərində qarın hündürdürlüyünün 5-10 santimetrə çatdığı müşahidə olunub. Qarın ən çox düşdüyü yerlər isə Əngəxaran, Məlhəm, Çuxuryurd, Nağaraxana, Qızmeydan və Pirquludur.

Qeyd edək ki, qarın yağmasına baxmayaraq, magistral yollarda nəqliyyatın gedişində problem yaranmayıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı