Modern.az

Çay evində qumarxana aşkarlandı

Çay evində qumarxana aşkarlandı

Təhsil

16 Aprel 2014, 12:44

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhəri Şəhriyar küçəsində yerləşən “Rəhman” çay evində şəhər sakinləri Elşad Əhmədovun, Fərrux Musayevin, Bayram Bayramlının və Şəki şəhər sakini Yusif Baqıyevin “On-line” qumar oyunlarının təşkil etmələri müəyyən edilib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, baxış zamanı qumarxanada “On-line” qumar oyunları yazılmış 2 ədəd kompüter dəsti, 3 ədəd “LCD” televizor, 1 ədəd qumar kuponlarını çap edən printer, 39 ədəd oyun kuponu və 200 manat məbləğində uduş pulu aşkar edilərək götürülüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı