Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 4-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirib. Modern.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, hazırda Komissiya tərəfindən imtahan protokollarının və cavab kartlarının emalı həyata keçirilir. Proses yekunlaşdıqdan nəticələrin elan olunması ilə bağlı ilk məlumat komissiyanın Facebook səhifəsi vasitəsilə veriləcək.
Misranə Həsənzadə