Rusiya prezidenti Vladimir Putin Krımın Rusiyaya birləşdirilməsini obyektiv işıqlandırdıqlarına görə 300 jurnalistin mükafatlandırılması haqda gizli fərman imzalayıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, fərman aprelin 22-də imzalansa da, hər hansı məlumat verilməyib.
Qeyd edək ki, son dəfə belə yüksək mükafata 2008-ci ildə Cənubi Osetiya hadisələrindən sonra yalnız 11 jurnalist layiq görülüb.
Ayşən Mönsümlü