Modern.az

Fuad Poladov: “Ad günümü iş başında qeyd edirəm”

Fuad Poladov: “Ad günümü iş başında qeyd edirəm”

Education

24 May 2014, 14:06

“Mən hər zaman ad günümü iş başında qeyd edirəm. Elə iş başında qeyd etməyim də mənim üçün ən yaxşı hadisədir”. Bunu Modern.az-a açıqlamasında bu gün 66 yaşı tamam olan xalq artisti Fuad Poladov deyib.

“Bu gün həm məşqim, həm də tamaşam var. Artıq neçə illərdir ki, mən ad günlərimi tamaşalarla, məşqlərlə keçirirəm. Bu yaşımda özümü lap yaxşı, elə yaşıma uyğun hiss edirəm”.

Qeyd edək ki, Fuad Poladov 1948-ci il mayın 24-ü Bakıda doğulub. Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra Fuad Poladov teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyən sənətkar 1989-cu  ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. 1987-ci ildə xalq artisti fəxri adına layiq görülüb.

Modern.az olaraq aktyora uzun ömür, can sağlığı arzulayır, daha uzun illər ad gününüzü səhnədə qeyd etmək qismətiniz olsun deyirik.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı