Modern.az

Temperatur aşağı düşəcək

Temperatur aşağı düşəcək

Təhsil

22 Avqust 2014, 13:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, avqustun 23-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 30-35 dərəcə isti pronozlaşdırılır.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə saatlarında bəzi dağlıq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlıq ərazilərdə gecə 13-18, gündüz 25-30 dərəcə isti proqnozlaşdırılır.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı