Modern.az

Erməni əsgər döyüş postunda öldü

Erməni əsgər döyüş postunda öldü

Təhsil

29 Avqust 2014, 11:53


İşğalçı Ermənistan Ordusu daha bir əsgərini itirib. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, müddətli hərbi çağırışçı, 19 yaşlı Vladimir Ayrapetyan başından aldığı güllə yarası nəticəsində dünyasını dəyişib. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əsgərin ölümü ilə bağlı “döyüş xidməti zamanı təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə cinayət işi açılıb.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı