Modern.az

Bakcell şirkəti gənclərlə bağlı yeni layihəyə start verdi

Bakcell şirkəti gənclərlə bağlı yeni layihəyə start verdi

Təhsil

22 Sentyabr 2014, 16:14

Bakcell şirkəti gənc developerləri dəstəkləyən yeni layihəyə start verib. Modern.az xəbər verir ki,  Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti mobil texnologiyalar sahəsində dünya lideri “Qualcomm” ilə birlikdə əməkdaşlıq çərçivəsində “AppLap” adlı  innovativ mobil developer layihəsinin təqdimatını keçirib. Bakcellin icraçı direktoru Riçard Şirer bu gün keçirilən mətbuat konfransında layihə barədə media nümayəndələrinə məlumat verib:

“Bu layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mobil tətbiqetmələr yaratmalarına kömək göstərən alətlərin təmin edilməsidir. Biz “Qualcomm” şirkəti ilə mühüm layihələr həyata keçirmişik. İndi biz maraqlı ideyaları olan gənclərə “AppLab” layihəsini təqdim edirik. Bu layihə çərçivəsində Azərbaycan gənclərinin internetdən istifadə imkanları genişlənəcək. Biz gənc sahibkarlar imkanlar yaradacağıq ki, onlar öz layihələrini həyata keçirsinlər. Hazırlanan layihələrin əqli mülkiyyət hüququ developerlərin özündə olacaq”.

Mətbuat konfransından sonra Bakcellin Sahil ofisində gənc developerlər üçün yaradılmış və internetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz edilmiş yeni AppLap ofisinin açılışı olub.


Rüfanə GÜNƏŞ  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı