Modern.az

Süleyman Dəmirəl muzeyi açılıb: İlham Əliyev də təbrik göndərib - FOTOLAR

Süleyman Dəmirəl muzeyi açılıb: İlham Əliyev də təbrik göndərib - FOTOLAR

Təhsil

26 Oktyabr 2014, 22:23

Türkiyə siyasətinin ən önəmli simalarından olan 9-cu prezident Süleyman Dəmirəlin həyatından bəhs edən “Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzeyi”nin bu gün açılış mərasimi olub. Modern.az saytıTürkiyə KİV-nə istinadən xəbər verir ki, Süleyman Dəmirəlin siyasi həyatını sənəd və şəkillərlə əks etdirən muzey onun anadan olduğu Sparta İslamköyde açılıb.

Açılışda Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı başda olmaq üzrə çox sayda siyasətçi, iş adamı və jurnalist iştirak edib.
Süleyman Dəmirəl deyib: “Ömrümüzü bütün millətin və dövlətin xidmətinə verdik, Türkiyənin ən ucqar guşələrinə işıq apardıq”.

Açılışda Türkiyənin 11-ci prezidenti Abdulla Gül və Azərbaycan prezidenti İlham Əliyevin də təbrikləri oxunub.










Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı