Modern.az

İŞİD yaraqlıları Səddam Hüseynin atasının qəbrini partlatdılar

İŞİD yaraqlıları Səddam Hüseynin atasının qəbrini partlatdılar

Təhsil

9 Noyabr 2014, 23:18

“İraq Şam İslam Dövləti”nin (İŞİD) yaraqlıları İraqın keçmiş prezidenti Səddam Hüseynin atasının qəbrini, eləcə də yaxınlıqakı məscidi partladıblar. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alanların olub-olmadığı haqda hələ ki məlumat yoxdur. Partlayış zamanı məscidin binası və qəbir tamamilə dağılıb. Yaraqlılar məscidin içərisinə, eləcə də ətrafına əldəqayırma partlayıcı yerləşdiriblər.

Tikritin mərkəzindəki Mədcid əl-Hüseyn məscidi Səddam Hüseynin layihəsi əsasında tikilib. Binada eyni zamanda 3 min adam namaz qıla bilir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı