Modern.az

Qar gözlənilən rayonlardan XƏBƏR var

Qar gözlənilən rayonlardan XƏBƏR var

Təhsil

24 Noyabr 2014, 10:39



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda , Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənildiyini bildirilmişdi.

Modern.az ən çox qar düşəcəyi gözlənilən bölgələrlə əlaqə saxlayıb.

Quba rayon İcra Hakimyyətindən verilən məlumata görə, hazırda hava mülayimdir. Qar yağmayıb.

Qusar rayon İcra hakimyyətindən bildirilib ki, ötən gündən  qar yağması müşahidə edilməyib. Hava yaxşıdır. Qusarın bölgələrinə də qar yağmayıb.

Göygöl rayonundan verilən məlumatda isə  hazırda  rayonun ucqar kəndlərinə  sulu qar yağdığı bildirilib. Məlumata görə, rayonun Toğanalı kəndinə qar dənələri düşür. Həmçinin bildirilib ki,  Murov dağ  və Kəpəz dağ yarıya qədər qara bürünüb.

“Zaqatalada hazırda hava tutqun olsa da, qar və yağış yağmır”-  bunu rayonun İcra hakimyyətindən bildiriblər.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı