Modern.az

“Grand Həyat” “Bank Technique” ilə əməkdaşlığı dayandırdı

“Grand Həyat” “Bank Technique” ilə əməkdaşlığı dayandırdı

Təhsil

28 İyul 2015, 12:30


“Grand Həyat” yaşayış kompleksindəki mənzillərin kreditlə satışı dayandırılıb. Bu barədə  kompleksdən bildirilib. Məlumata görə, buna səbəb kreditləşməni həyata keçirən “Bank Technique” ilə əməkdaşlıqdan imtina edilməsidir. “Son vaxtlar bu bankda maliyyələşmə ilə bağlı problemlər yarandı. Buna görə də, hazırda yeni bank axtarırıq və yaxın günlərdə kreditlə satışı bərpa edəcəyik”.

Xatırladaq ki, “Grand Həyat” yaşayış kompleksi “Bank Technique” ilə əməkdaşlığa bu ilin mart ayında başlayıb. O vaxta qədər kreditlə satış “Azərbaycan Beynəlxalq Bankı” ilə həyata keçirilib. (fins.az)  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı