Modern.az

Viktor Yuşşenko arıçı işləyir - VİDEO

 Viktor Yuşşenko arıçı işləyir - VİDEO

Təhsil

22 Avqust 2015, 11:22


Arıçılıqla məşğul olan sabiq Ukrayna prezidenti Viktor Yuşşenko Polşada arıçıların iştirakı ilə baş tutan tədibrdə iştirak edir. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Baltuve şəhərində baş tutan festivalda Yuşşenko diri arıların köməyi ilə antiterapiya olunmağın yolları barədə mühazirə oxuyacaq.

Avqusutun 21-23-ü aralığında keçirilən bayram Baltovsk turizm kompleksində təşkil olunur.

“O arıçıdır, onun 400-dən çox arı ailəsi var.Yuşşenko bal istehsalı ilə aktiv məşğuldur”, - bayramın təşkilatçılarından olan Yozef Misyur deyib.

Keçmiş Moskva meri Yuri Lujkov kimi Viktor Yuşşenko da arıçılığı hobbisinə çevirib. 2008-ci ildə Parisdə beynəlxalq arıçılıq sərgisində Ukrayna prezidentinin balı qızıl medal qazanıb. 2011-ci ilin yazında isə o, Ümumdünya Arıçılar Konqersini Ukraynada keçirmək barədə düşündüyü deyib.

O zamankı prezident Viktor Yanukovçiə təşkilatçılıqla bağlı yardım etməsini istəyən sabiq prezident sonda öz niyyətindən vaz keçməli olub.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı