Hazırda 434 azərbaycanlı qadın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxslərin siyahısındadır.
Bu barədə Komisssiyadan Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, itkin kimi qeydiyyatda olanlardan 20 nəfəri qız uşağı, 262 nəfəri orta yaşlı qadınlar, 152 nəfəri yaşlı qadınlardır.
Ümumilikdə isə əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş 872 nəfərdən 167 nəfəri qadınlardır. Onlardan 7 nəfər qız uşağı, 98 nəfəri orta yaşlı qadınlar, 62 nəfəri yaşlı qadınlardır.
İndiyədək 77 qız uşağı, 355 orta yaşlı qadın, 100 nəfər yaşlı qadın əsir və girovluqdan azad edilib.