Modern.az

Bakıdakı yanğınla bağlı - Rəsmi açıqlama

Bakıdakı yanğınla bağlı - Rəsmi açıqlama

Hadisə

15 İyul 2019, 18:10

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Elit” Ticarət Mərkəzində yanğının baş verməsi ilə bağlı xəbər yayılıb.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, "Elit" Ticarət Mərkəzində yanğının olması ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir.

 

"Saat 17:10 radələrində FHN-in müşahidə kameraları tərəfindən "Binə" Ticarət Mərkəzindən xeyli uzaqlıqda, dağın yamacında boş sahədə məişət tullantıların və işlənmiş avtomobil təkərlərinin yandığı müşahidə edilib. Saat 17:50 radələrində yanğın tərəfimizdən söndürülüb" - deyə, FHN-dən bildirilib.

****

18:00

Bakıda məşhur ticarət mərkəzi yanır.

 

Modern.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, ə görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Elit” Ticarət Mərkəzində yanğın başlayıb.

 

FHN yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

 

Yanğının söndürülməsi üçün işlər aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir