Bakının Binəqədi rayonunda iki bacının bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.
Modern.az xəbər verir ki, hadisə ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, Binəqədi rayonunda, Binəqədi şossesi, döngə 4 ünvanında ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızına 14, baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına isə beş bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
***
Gecə saatlarında Bakıda bıçaqlanma hadisəsi baş verib. Belə ki, Mahmudova Ruhəngiz Abdul qızı və bacısı, 1987-ci il təvəllüdlü Mahmudova Roza Abdul qızı çoxsaylı bıçaq xəsarətlərilə Klinik Tibbi Mərkəzə çatdırılıb.
Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar:
“Xəstələrə lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”.
Rəsmi məlumata görə, hər iki qadının həyatı üçün təhlükə yoxdur.