Modern.az

Abşerondakı yanğında 4 FHN əməkdaşı xəsarət alıb - RƏSMİ

Abşerondakı yanğında 4 FHN əməkdaşı xəsarət alıb - RƏSMİ

6 Fevral 2020, 15:28

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Modern.az-a bildirib ki, hadisə zamanə xəsarət alan 1 nəfər sakin qadın sifətin və yuxarı ətrafların 1-2ci dərəcəli yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib:

 

"Fövqəladə Hallar Nazirliyinin 4 işçisindən ikisi Respublika Yanıq Mərkəzinə, digər ikisi isə Toksikoloji Mərkəzə hospitalizə olunub. Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda ambulator yardım göstərilir".

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var